Menyu

Birinci rübdə Azərbaycanın Qırğızıstan ilə ticarət dövriyyəsi 3 dəfəyədək artıb

Operativ Media
Birinci rübdə Azərbaycanın Qırğızıstan ilə ticarət dövriyyəsi 3 dəfəyədək artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanın Qırğızıstan ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 2,95 dəfə artaraq 15,3 milyon dolları üstələyib.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

İxracın həcmi illik müqayisədə 6,5 dəfə artıb. 2025-ci ilin 1-ci rübündə qeydə alınmış 2,1 milyon dollarlıq ixrac göstəricisi 2026-cı ilin müvafiq dövründə 13,9 milyon ABŞ dolları təşkil edib.

Bu ilin ilk rübündə ölkənin ümumi ticarət dövriyyəsində Qırğızıstan ilə ticarətin payı 0,3 faiz təşkil edib.


Əlaqəli Xəbərlər