Qənnadı məmulatlarının ixracı 4 dəfədən çox artıb
Operativ Media
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-mart aylarında ölkədən 28,65 milyon ABŞ dolları dəyərində 43,6 min tondan çox şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac olunub.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 4,4 dəfə, həcm baxımından isə 4,7 dəfə çoxdur.
Ümumilikdə cari ilin ilk rübündə ölkədən dəyəri 786 milyon dollardan çox Azərbaycan mənşəli qeyri-neft məhsulu ixrac olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz artım deməkdir. Ümumi ixracda qənnadı məmulatlarının payı 3,65 faiz təşkil edib.