Menyu

Son 1 il ərzində ölkədə pensiya alanların sayı 86 min 300 nəfər azalıb

Redaksiya
Son 1 il ərzində ölkədə pensiya alanların sayı 86 min 300 nəfər azalıb

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvarında ölkədə 1 milyon 205 min pensiyaçı qeydiyatda idisə, bu il yanvarın 1-də bu rəqəm 1 milyon 114 min 200-ə enib.

"Operativ Media" "Xəzər"ə istinadən xəbər verir ki, beləliklə, son 1 il ərzində ölkədə pensiya alanların sayı 86 min 300 nəfər azalıb.

İqtisadçı Xalid Kərimli pensiyaçıların azalmasının səbəbini qadınlarda hər il  pensiya yaşının artırılmasında, kişilərdə isə 65 yaşa çatdırılmasında görür. İqtisadçı bildirir ki, 65 yaş bəzi xarici ölkələr üçün məqbul hesab edilsə də,Azərbaycanda bu yaşa çatanların sayı azdır.

Millət vəkili Vüqar Bayramov isə hazırda pensiya yaşının azaldılaması ilə bağlı müzakirələr aparıldığını deyir. Beləki, Milli Məclisdə pensiya yaşına differensial baxılması,qadınlarla kişilər arasında pensiya yaşı fərqinin müəyyənləşdirilməsihaqqında təkliflər səsləndirilir.

Onun sözlərinə görə, təkliflər hökümət tərəfindən qiymətləndirilib uyğun addımlar atılarsa, sosial qayğıya ehtiyacı olanlara daha yaxından dəstək göstərilər.

 

Teqlər:

"Son 1 il ərzində ölkədə pensiya alanların sayı 86 min 300 nəfər azalıb"

Əlaqəli Xəbərlər