Menyu

Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə edilib

Operativ Media
Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycan və Moldova arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, bu müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Moldovanın Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyinin baş katibi Serciu Qerçü ilə keçirilən görüşdə aparılıb.

Azərbaycan iqtisadiyyatının prioritet istiqamətləri barədə məlumat verilib. Bildirilib ki, kənd təsərrüfatı məhsullarının emalı və məhsul ixracının genişləndirilməsi mühüm istiqamətlərindəndir. Ölkəmizdə aqrar sektora müxtəlif mexanizmlərlə dövlət dəstəyi göstərilir, həmçinin yerli məhsulların "Made in Azerbaijan" brendi ilə xarici bazarlarda təşviqi təmin edilir.

Görüşdə xüsusilə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı, həmçinin, qida və kimya sənayesi sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Əlaqəli Xəbərlər