Makaron məmulatlarının istehsalı artıb
Operativ Media
Bu ilin yanvar-mart aylarında ölkədə 3845,1 ton makaron məmulatları istehsal edilib ki, bu da 2025-ci ilin eyni dövrünün göstəricisindən 3,8 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, təkcə mart ayında 1313,3 ton makaron məmulatları istehsal olunub. Bu, yanvar-fevral aylarının müvafiq göstəricisini 3,74 faiz üstələyir.
Aprel ayının 1-nə hazır məhsul ehtiyatı 114,0 ton təşkil edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net