Menyu

Azərbaycan və Ukrayna arasında “e-Permit” sisteminə dair sənəd imzalanıb

Operativ Media
Azərbaycan və Ukrayna arasında “e-Permit” sisteminə dair sənəd imzalanıb

“Leypsiq şəhərində Ukraynanın Baş nazir müavini, icma və ərazilərin inkişafı naziri Oleksi Kuleba ilə görüş keçirdik”.

Operativ Media xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” hesabında etdiyi paylaşımda bildirib.

“Görüşdə Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə beynəlxalq avtomobil daşımalarında tranzit imkanlarının artırılması və rəqəmsal həllərin tətbiqi məsələlərini müzakirə etdik.

Beynəlxalq avtomobil daşımalarında elektron icazə sisteminin (e-Permit) tətbiqinə dair Anlaşma Memorandumu imzaladıq. Bu təşəbbüs sərhəd keçidlərinin sadələşdirilməsinə, daşımaların rəqəmsallaşdırılmasına və daşıyıcılar üçün daha çevik və effektiv əməliyyat mühitinin yaradılmasına şərait yaradacaq”, - paylaşımda deyilir.

Əlaqəli Xəbərlər