Bitki və heyvan mənşəli piylər və yağların ixracı artıb
Operativ Media
Bu ilin yanvar-mart aylarında ölkədən 9,89 milyon ABŞ dolları dəyərində 6,88 min tondan çox bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 68,38 faiz, həcmi isə 45,49 faiz artıb.
Cari ilin ilk rübündə sözügedən məhsulun ümumi ixracda xüsusi çəkisi 0,18 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,15 faizə bərabər olub.