Azərbaycanın Avstriya ilə ticarət dövriyyəsi artıb
Operativ Media
Bu ilin yanvar-mart aylarında Azərbaycanın Avstriya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 14,71 faiz artaraq 24,56 milyon ABŞ dollarını üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Avstriya ilə ticarətin payı 0,61 faiz təşkil edib.