Menyu

Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq halları azalıb

Operativ Media
Azərbaycanda ödəniş kartları ilə fırıldaqçılıq halları azalıb

Bu ilin I rübündə Azərbaycanda ödəniş kartları ilə ölkədaxili 1 milyon 350,5 min manatlıq 4 995 fırıldaqçılıq halı baş verib.

Operativ Media bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü lə müqayisədə müvafiq olaraq 3,1 dəfə çox və 5 dəfə çoxdur.

Bundan başqa, hesabat dövründə ödəniş kartları ilə ölkəxarici fırıldaqçılıq hallarının dəyəri 73,1 % artaraq 325,3 min manat, sayı isə 64,1 % artaraq 6 020 olub.

I rübdə ölkədaxili baş vermiş fırıldaqçılığın 21,4 %-i hesabın ələ keçirilməsi (47,4 faiz bəndi az), 78,6 %-i digər hallarla (47,4 faiz bəndi çox), ölkəxarici fırıldaqçılıq hallarının isə 60,2 %-i kartın fiziki iştirakı olmadan (20,4 faiz bəndi az), 39,8 %-i digər hallarla (20,4 faiz bəndi çox) bağlı olub.

Yanvar-mart aylarında ölkədaxili fırıldaqçılığın 98,3 %-i (1,4 faiz bəndi çox) elektron ticarət və mobil tətbiq üzərindən, 1,7 %-i (1,4 faiz bəndi az) isə digər hallarda, ölkəxarici fırıldaqçılığın isə 80,6 %-i (9,2 faiz bəndi az) elektron ticarət və mobil tətbiq üzərindən, 19,4 %-i (9,2 faiz bəndi çox) isə digər hallarda baş verib.

Əlaqəli Xəbərlər