Azərbaycandan neft daşıyan tanker Yaponiyaya çatıb
Operativ Media
Neftlə yüklənmiş tanker İran ətrafındakı münaqişənin başlanmasından bəri ilk dəfə olaraq Azərbaycandan Yaponiyaya çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.
Məlumata görə, nefti ölkənin ən iri yanacaqdoldurma məntəqələri operatorlarından biri olan yerli neft emalı şirkəti “ENEOS” alıb. Tanker təxminən 45 min kilolitr neft gətirib ki, bu da Yaponiyanın gündəlik neft istehlakı normasının 16 faizinə bərabərdir.
Bildirilir ki, Azərbaycandan neft alınması Hörmüz boğazında gəmiçiliklə bağlı yaranmış problemlər fonunda Yaponiyanın neft tədarükünün şaxələndirilməsi çərçivəsində həyata keçirilir.