Yanvar-aprel aylarında 252,6 milyon dollarlıq meyvə-tərəvəz ixrac edilib
Operativ Media
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 252,6 milyon dollar dəyərində 193,3 min tondan çox meyvə və tərəvəz ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 22 faiz, həcmi isə 10,1 faiz artıb.
Cari ilin ilk dörd ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 2,13 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 5,38 faizə bərabər olub.