Azərbaycan və Dünya Bankı müzakirə aparıb
Operativ Media
Azərbaycan və Dünya Bankı arasında Orta Dəhlizin potensialının artırılması müzakirə edilib.
Operativ Media xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı yüngül relsli nəqliyyat (LRT) layihəsi, Orta Dəhlizin potensialının artırılması, eləcə də gəmiçilik sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Eyni zamanda telekommunikasiya, rəqəmsallaşma, kibertəhlükəsizlik və süni intellekt sahələrini əhatə edən yol xəritəsinin hazırlanması üzrə razılıq əldə etdik.