Azərbaycanla AYİB arasında şəhərsalma və dayanıqlı infrastruktur layihələri müzakirə olunub
Operativ Media
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB / EBRD) Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşüb və Gəncə Yaşıl Şəhər Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər barədə müzakirələr aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Mikayıl Cabbarov öz sosial şəbəkə hesabında yazıb.
"Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının Dayanıqlı İnfrastruktur Qrupunun idarəedici direktoru Harri Boyd-Karpenter ilə görüşümüzdə əməkdaşlığın gündəliyində olan prioritet istiqamətləri nəzərdən keçirdik.
Gəncə Yaşıl Şəhər Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər, şəhərlərin su təchizatının və Naxçıvanda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, şəhərsalma layihələri barədə müzakirələr apardıq".