Menyu

Yanvar-aprel aylarında 30 min tondan çox qara metal ixrac edilib

Operativ Media
Yanvar-aprel aylarında 30 min tondan çox qara metal ixrac edilib

Bu ilin yanvar-aprel aylarında ölkədən təqribən 35,1 milyon dollar dəyərində 30,7 min tondan çox qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 22 faiz, həcm olaraq isə 26,9 faiz çoxdur.

Hesabat dövründə bu məhsulların ümumi ixracda xüsusi çəkisi 0,3 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,75 faizə bərabər olub.

Əlaqəli Xəbərlər