Menyu

Yay mövsümü öncəsi daxili turizmdə canlanma müşahidə olunur - Samir Dübəndi

Ayşən Sadıxzadə
Yay mövsümü öncəsi daxili turizmdə canlanma müşahidə olunur - Samir Dübəndi
Havaların isinməsi və yay mövsümünün yaxınlaşması ilə turizm sektorunda ciddi canlanma qeydə alınır. Vətəndaşlar daha çox təbiət qoynuna və istirahət bölgələrinə səfər etməyə üstünlük verirlər.

Mövzu ilə bağlı Operativ Media-ya Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri danışıb.
O bildirib ki, regionlardakı hotellərdə rezervasiya dinamikası hazırda yüksək səviyyədədir:

“Ardıcıl istirahət günləri və mövsümi şərait vətəndaşların turizm fəaliyyətlərinə daha aktiv şəkildə qoşulmasına geniş imkan yaradır. Nəticədə həm daxili turizm axını artır, həm də regionlara olan maraq əhəmiyyətli dərəcədə yüksəlir”.

Eyni zamanda regional turizm fəaliyyətlərində də müsbət tendensiya özünü göstərir. Hotellərdə, istirahət mərkəzlərində və kənd turizmi istiqamətlərində hərəkətlilik artmaqdadır:

“Şamaxı, İsmayıllı, Qəbələ, Quba və Qusar daha yüksək dinamika göstərdiyi halda, Şəki, Lənkəran, Naftalan, Gəncə kimi istiqamətlərdə də canlanma hiss olunur. Yüksək dinamika nümayiş etdirən bölgələrdə hazırda 65-70%, digərlərində isə 45-50% artım görünür”.

Əlaqəli Xəbərlər