Menyu

Mikayıl Cabbarov "Carlsberg Group"un icraçı vitse-prezidenti ilə görüşüb

Operativ Media
Mikayıl Cabbarov "Carlsberg Group"un  icraçı vitse-prezidenti ilə görüşüb

Azərbaycan və "Carlsberg Group" arasında pivə sənayesində tənzimləmənin təkmilləşdirilməsi müzakirə edilib.

Operativ Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Carlsberg Group"un Mərkəzi və Şərqi Avropa və Hindistan regionunda icraçı vitse-prezidenti Nikos Kalaitzidakis ilə görüşümüzdə şirkətin ölkəmizlə işbirliyi istiqamətlərini nəzərdən keçirdik. 2025-2029-cu illər üzrə Anlaşma Memorandumu çərçivəsində görülən işləri, pivə sənayesində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsini, xammal və qablaşdırmanın lokallaşdırılmasını, eləcə də regionda yeni biznes imkanlarını qeyd etdik", - deyə o qeyd edib.

Əlaqəli Xəbərlər