http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Azərbaycan təbii bal idxalını artırıb

31 Mart 2023 , 22:46
Azərbaycan təbii bal idxalını artırıb

Bu ilin yanvar ayında Azərbaycana 35,55 min. ABŞ dolları dəyərində 8,24 ton təbii bal idxal edilib.

"Operativ Media" xəbər verir ki, "vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2022-ci ilin eyni göstəricisi ilə müqayisədə dəyər olaraq 8,7 faiz, həcm ifadəsində isə 5,8 faiz çoxdur.

Hesabat dövründə məhsul yalnız Türkiyə və İrandan idxal olunub.

Dəyər ifadəsində ən çox idxal Türkiyədən olunub. Bu ölkədən cari ilin ilk ayında 29,55 min dollar dəyərində 6,24 ton təbii bal idxal edilib ki, bu da 2022-ci ilin yanvar göstəricilərindən dəyər və həcm olaraq 2,8 və 2,6 dəfə çoxdur.

İrandan isə 6 min dollarlıq 2 ton bal tədarük edilib ki, bu da 2022-ci ilin yanvar göstəricisi ilə müqayisədə dəyər və həcm baxımından 44,5 faiz azdır.

Qeyd edək ki, bu ilin yanvarında Azərbaycandan cəmi 1,11 min dollar dəyərində 0,04 ton təbii bal ixrac edilib. Ötən ilin yanvarına nisbətdə ixracın dəyəri 18,5 dəfə, həcmi isə 2 dəfə artıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
  • 17:12

    İranda güclü zəlzələ olub
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
Menyu