Bu ilin yanvar-aprel aylarında ölkədən 37,4 milyon ABŞ dolları dəyərində 57,8 min tondan çox şəkər ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 4 dəfə, həcmi isə 4,2 dəfə artıb.
Cari ilin ilk dörd ayında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,32 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,8 faizə bərabər olub.