Azərbaycanın Bolqarıstanla ticarət dövriyyəsi artıb
Operativ Media
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Bolqarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 49,5 faiz artaraq 344,9 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Bolqarıstanla ticarətin payı 1,98 faiz təşkil edib.