Azərbaycanın BƏƏ ilə ticarət dövriyyəsində müsbət dinamika qeydə alınıb
Operativ Media
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 3,7 faiz artaraq 50,8 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində BƏƏ ilə ticarətin payı 0,29 faiz təşkil edib.