Menyu

Rusiya Ermənistana Azərbaycan vasitəsilə növbəti buğda və gübrə yükünü göndərib - YENİLƏNİB

Operativ Media
Rusiya Ermənistana Azərbaycan vasitəsilə növbəti buğda və gübrə yükünü göndərib - YENİLƏNİB

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Biləcəri stansiyasından Böyük Kəsik istiqaməti üzrə Ermənistana 4 vaqondan ibarət, ümumi çəkisi 280 ton olan buğda, həmçinin 4 vaqondan ibarət, çəkisi 277 ton təşkil edən gübrə yükü göndərilib.

Operativ Media xəbər verir ki, sözügedən tədarük Rusiyadan Azərbaycan ərazisi vasitəsilə tranzit yolla reallaşdırılır.

***

10:56

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.

Operativ Media "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, 4 vaqondan ibarət, çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət, çəkisi 277 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

Əlaqəli Xəbərlər