AMB: Manatın dövretmə sürəti aylıq və illik müqayisədə aşağı düşüb
Operativ Media
Bu ilin mayın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib.
Operativ Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,01 bənd, ilin əvvəli ilə müqayisədə 0,24 bənd, ötən ilin mayın 1-nə nisbətən isə 0,37 bənd azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 21 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.