Menyu

Bakıda Azərbaycan-Almaniya iqtisadi tərəfdaşlığının perspektivləri müzakirə edilib

Operativ Media
Bakıda Azərbaycan-Almaniya iqtisadi tərəfdaşlığının perspektivləri müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov "Bakı Enerji Həftəsi" çərçivəsində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə nazir öz “X” sosial media hesabında paylaşım erib.

Görüşdə Azərbaycan – Almaniya iqtisadi tərəfdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.

Ticarət, investisiya, KOB-ların inkişafı, enerji, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın geniş potensialı vurğulanıb.

Biznes dairələri arasında əlaqələrin genişləndirilməsi və insan kapitalının inkişafına yönəlmiş təşəbbüslər, Ticarət və İnvestisiyalar üzrə Azərbaycan-Almaniya Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin səmərəliliyinin artırılması imkanlarını nəzərdən keçirilib.

Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması potensialı, iki ölkə arasında biznes əlaqələrinin dərinləşdirilməsi və şaxələndirilməsi istiqamətində Birgə Niyyət Bəyannaməsinin əhəmiyyəti qeyd edilib.


Əlaqəli Xəbərlər