Energetika naziri Pərviz Şahbazov IRENA-nın Baş direktoru ilə görüşüb
Operativ Media
Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin Baş direktoru Francesco La Camera ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Pərviz Şahbazovun "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Görüşdə ikitərəfli və Mərkəzi Asiya formatında əməkdaşlığın inkişafı, bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsi, regional enerji inteqrasiyası və yaşıl enerji keçidinin sürətləndirilməsi ilə bağlı məsələləri müzakirə edilib.