Dünya bazarlarında "Azeri Light" markalı neftin son satış qiyməti bəlli olub.
Operativ Media birjalara istinadən xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.9 ABŞ dolları və ya 2,77% azalaraq 101.68 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 104.58 ABŞ dolları təşkil edib.