Menyu

Əczaçılıq məhsullarının istehsalında artım qeydə alınıb

Operativ Media
Əczaçılıq məhsullarının istehsalında artım qeydə alınıb

Bu ilin yanvar-aprel ayı ərzində Azərbaycanda 9,1 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə istehsal dəyəri 34,3 faiz artıb.

Cari ilin ilk dörd ayında 4 188,2 min manatlıq dərman istehsal olunub ki, bu da illik ifadədə 1,5 faiz çoxdur. Bu ilin may ayının 1-nə sənaye müəssisələrinin anbarlarında 560,9 min manatlıq hazır məhsul ehtiyatı olub.

Əlaqəli Xəbərlər