Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsində müsbət dinamika müşahidə edilir
Operativ Media
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Qırğızıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 1,9 dəfə artaraq 19,5 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Qırğızıstanla ticarətin payı 0,11 faiz təşkil edib.