Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Belçika ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 39,5 faiz artaraq 28,4 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Belçika ilə ticarətin payı 0,16 faiz təşkil edib.