Bu ilin yanvar-aprel aylarında Azərbaycanın İraq ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 15,6 faiz artaraq 8,7 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində İraq ilə ticarətin payı 0,05 faiz təşkil edib.