Menyu

Mənzil alanlara 14 milyon manatdan çox ƏDV qaytarılıb

Operativ Media
Mənzil alanlara 14 milyon manatdan çox ƏDV qaytarılıb
1 dəq oxu

Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

Bu barədə Operativ Media-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu ilin yanvar – may aylarında yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 14 milyon 175 min manat təşkil edib.

Əlaqəli Xəbərlər