Menyu

Azərbaycan və Danimarka arasında iqtisadi müzakirələr aparılıb

Operativ Media
Azərbaycan və Danimarka arasında iqtisadi müzakirələr aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Danimarka Krallığının Azərbaycan-dakı qeyri-rezident səfiri Ole Toft və "Novo Nordisk Azərbaycan" əczaçılıq şirkətinin baş direktoru Şule Erdim Ersoy ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə nazirin sosial şəbəkə hesabında paylaşım edilib.

"Ölkələrimizin iqtisadi əməkdaşlığının gündəliyində olan prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi potensialını vurğuladıq. "Novo Nordisk Azərbaycan" şirkətinin fəaliyyəti, səhiyyə sektorunda qarşılıqlı təşəbbüslərin reallaşdırılması və dövlət-özəl tərəfdaşlığı modelində işbirliyi imkanları barədə müzakirələr apardıq", - nazir qeyd edib.

Əlaqəli Xəbərlər