İlin ilk dörd ayında pambıq ixracından 112 milyon dollardan çox gəlir əldə olunub
Operativ Media
Bu ilin yanvar-aprel ayında ölkədən 112,5 milyon ABŞ dolları dəyərində 76,4 min tondan çox pambıq ixrac edilib.
Operativ Media Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 55,5 faiz, həcmi isə 65,6 faiz artıb.
Cari ilin ilk dörd ayında pambığın ümumi ixracda xüsusi çəkisi 10 faizə bərabər olub.