Azərbaycanda mayda istehsal olunan elektrik enerjisinin 33%-i yaşıl enerjidən əldə edilib
Operativ Media
Bu ilin may ayında Azərbaycanda istehsal olunmuş elektrik enerjisinin 33%-i bərpa olunan enerji mənbələrinin payına düşüb.
Operativ Media bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən ay 2 milyard 83,4 milyon kVt·st aqelektrik enerjisi istehsal edilib ki, bunun 689 milyon kVt·st-ı bərpa olunan mənbələr hesabına təmin olunub.
Ay ərzində Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi tələbatı tam şəkildə bərpa olunan enerji mənbələri hesabına qarşılanıb.