Menyu

ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb

Operativ Media
ADY 2026-cı ilin may ayında 1.6 milyon tondan çox yük daşıyıb

Bu ilin may ayında "Azərbaycan Dəmir Yolları" QSC 1,665 milyon ton yük daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 % çoxdur.

Operativ Media bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ötən ay tranzit daşımaları 700,6 min ton təşkil edərək 1 il əvvəlki göstəricisini 34 % üstələyib.

Tranzit yükdaşımalarda Şərq-Qərb dəhlizi üzrə 48 % (398,5 min ton), Şimal-Cənub istiqaməti üzrə 26 % (55,1 min ton), Şimal-Qərb istiqaməti üzrə isə 19 % (236,5 min ton) artım qeydə alınıb.

Əlaqəli Xəbərlər