Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və antrasit göndərilib - YENİLƏNİB
Operativ Media
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana gübrə və antrasit daşıyan qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşüb.
***
11:05
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək.
Operativ Media xəbər verir ki, 12 vaqondan ibarət, çəkisi 828 ton olan gübrə və 6 vaqondan ibarət, çəkisi 414 ton olan antrasit (daş kömür növü) saat 11:30-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək.