Azərbaycanın Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsi artıb
Operativ Media
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Səudiyyə Ərəbistanı ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 5,7 faiz artaraq 17 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Səudiyyə Ərəbistanı ilə ticarətin payı 0,1 faiz təşkil edib.