Bu ilin yanvar-aprel aylarında ölkənin mədənçıxarma sənayesində 9 013,2 ton mis konsentratı hasil edilib.
Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə hasilatın həcmi 13,4 dəfə artıb.
Bu ilin may ayının 1-nə hazır məhsul ehtiyatı 5 351,2 ton təşkil edib.