Ölkədən 79,6 milyon dollarlıq meşə fındığı ixrac edilib
Operativ Media
Bu ilin yanvar-aprel aylarında ölkədən 79,6 milyon ABŞ dolları dəyərində 6,6 min tondan çox meşə fındığı ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 47,8 faiz artıb, həcmi isə 16,2 faiz azalıb.
Cari ilin ilk dörd ayında meşə fındığının ümumi ixracda xüsusi çəkisi 0,67 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 1,69 faizə bərabər olub.