İyunun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,7 faiz artaraq 882 min 906, aktiv ƏDV ödəyicilərinin sayı isə 4,2 faiz artaraq 60 min 847 təşkil edib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) Operativ Media-ya bildirilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 3,9 faiz artaraq 241 min 842 olub.