Naxçıvanda ÜDM istehsalı 2,2 faiz artıb
2026-cı ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 646 669,8 min manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.
Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata görə, əhalinin hər nəfərinə düşən ümumi daxili məhsulun həcmi 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 1368,2 manat təşkil edib.
Hesabat dövründə muxtar respublikada 226 057,5 min manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricidən 8 faiz çoxdur. Sənaye məhsulunun 196 685,1 min manatı və ya 87 faizi malların, 29 372,5 min manatı və ya 13 faizi isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 82,2 faizi emal, 16,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.