Menyu

Sahil Babayev: Sosialyönlü xərclərə 15,3 milyard manat yönəldilib

Operativ Media
Sahil Babayev: Sosialyönlü xərclərə 15,3 milyard manat yönəldilib

Hesabat ilində sosialyönlü xərclərin maliyyələşməsi üçün dövlət büdcəsi xərclərinin təxminən 40 faizi həcmində və ya 15,3 milyard manat vəsait istifadə olunub. Bu 2024-cü illə müqayisədə 602 milyon manat çoxdur.

Operativ Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Dövlət başçısının aztəminatlı, xüsusən sosial cəhətdən həssas olan insanlara qayğısının təzahürü kimi, ötən il növbəti sosial islahat zərfi reallaşdırılıb, islahat zərfi çərçivəsində minimum əməkhaqları və pensiyalar, sosial müavinət və təqaüdlər artırılıb, islahatın maliyyələşdirilməsinə dövlət büdcəsindən 400 milyon manatdan artıq vəsait sərf edilib”, - deyə S.Babayev qeyd edib.

Nazir, ümumilikdə son 5 ildə sosialyönlü xərclərin 3,9 milyard manat artdığını vurğulayıb.

Əlaqəli Xəbərlər