Menyu

Pakistanla ticarət dövriyyəsi 38 faiz artıb

Redaksiya
Pakistanla ticarət dövriyyəsi 38 faiz artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Pakistanla ticarət dövriyyəsinin ümumi həcmi 1 293,95 min ABŞ dolları və ya 38,1 faiz artaraq 4 685,89 min dollar təşkil edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatı əsasında "vergilər.az" hesablamalar aparıb. Hesablamalara görə, cari ilin ilk iki ayında Azərbaycandan Pakistana 690,12 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisini 493,03 min dollar və ya 3,5 dəfə üstələyir.

Pakistandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 25,1 faiz və ya 800,92 min dollar artaraq 3 995,77 min dollara çatıb.

Cari ilin yanvar-fevral aylarının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Pakistan ilə ticarətin payı 0,06 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 0,02 faiz bəndi çoxdur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər