http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Dövləti Xidməti: Bəzi dərman reklamlarında qanun pozuntuları aşkarlanıb

04 Aprel 2023 , 15:19
Dövləti Xidməti: Bəzi dərman reklamlarında qanun pozuntuları aşkarlanıb

Son illər ölkə ərazisində müxtəlif kütləvi informasiya vasitələri, internet resursları, sosial şəbəkələr, ictimai nəqliyyat və digər yerlərdə dərman vasitələrinin reklamlarının sayında artım müşahidə olunur.

"Operativ Media" xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən reklam fəaliyyətinə dövlət nəzarəti məqsədilə bazarda aparılan monitorinqlər zamanı dərman vasitələri ilə bağlı yayımlanan reklamlarda Azərbaycan Respublikasının reklam qanunvericiliyinin tələblərinə tam əməl olunmadığı müəyyən edilib.

 “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, reklam istehlakçıların seçimini stimullaşdırmalı, onları aldatmamalı, çaşqınlıq hissi yaratmamalı, rəqiblərinin istehsal etdiyi, reklam edilən əmtəə ilə eyni, yaxud onun əvəzedicisi olan başqa əmtəələrin bazar nüfuzuna xələl gətirməməlidir. Bundan əlavə, istehsalı (satışı) lisenziyalaşdırılan, sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda, reklam edilməli və bu zaman reklamda lisenziya və sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Məlumat üçün bildiririk ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dərman vasitələrinin istehsalı, topdan və pərakəndə satışı, dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla, lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına daxil edilib.

Reklam qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasında yalnız həkim resepti olmadan buraxılan dərman vasitələri, istifadəsinə (tətbiqinə) müvafiq icra hakimiyyəti orqanı yəni Səhiyyə Nazirliyi tərəfindən icazə verilmiş tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər. Həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamı ilə əlaqədar reklamvericisi reklam istehsalçısına və reklam yayıcısına aşağıdakı sənədlərin surətlərini təqdim etməlidir:

  • Reklamvericinin tələbi əsasında müvafiq qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilmiş sertifikat;
  • dərman vasitəsinin dövlət qeydiyyatına alınmasını təsdiq edən qeydiyyat vəsiqəsi;
  • dərman vasitəsindən istifadəyə dair təlimat, təlimatda dərman vasitəsinin buraxılması qaydası göstərilmədiyi hallarda müvafiq məlumat olan sənəd;
  • mənşə sertifikatı;
  • reklamda istinad olunduqda, tədqiqatların nəticələrini təsdiq edən sənədin surəti.

Mövcud qanunvericiliyə görə həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamında bu hallara yol verilmir:

  • yetkinlik yaşına çatmayan şəxslərə müraciət etmək;
  • reklam olunan dərman vasitəsinin istifadəsi nəticəsində insanın xəstəliklərdən sağalmasının, səhhətinin yaxşılaşmasının konkret hallarına istinad etmək;
  • reklam olunan dərman vasitəsindən istifadə ilə bağlı fiziki şəxslərin minnətdarlığını bildirmək;
  • sağlam insanda reklam olunan dərman vasitəsinin istifadə edilməsinin zəruriliyi barədə təsəvvür yaratmaq;
  • həkimə müraciət etməyin gərəksiz olması barədə təsəvvür yaratmaq;
  • reklam olunan dərman vasitəsinin müsbət təsirinə, təbii mənşəli olmasına, təhlükəsizliyinə, effektivliyinə və əlavə təsirlərin olmamasına təminat vermək;
  • reklam olunan dərman vasitəsini bioloji fəallığa malik qida əlavəsi qismində və ya dərman vasitəsi olmayan digər əmtəə (məhsul) qismində təqdim etmək.

Həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə yaxud mütəxəssislə məsləhətləşməyin zəruriliyi qeyd olunmalıdır.

Qanunvericiliyə əsasən, Azərbaycan Respublikasında dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsi qadağandır. İnsan orqanlarının və toxumalarının donorluğunun təbliği məqsədilə tibb müəssisələri və qeyri-hökumət təşkilatları tərəfindən bu Qanuna uyğun olaraq sosial reklamlar nümayiş oluna bilər.

Kütləvi müalicəvi seanslarının, hipnoz metodlarının, psixi və bioenerji təsirlərin müalicəvi xassələrinin reklamına yol verilmir.

Ölkəmizdə qüvvədə olan qanunvericiliyə görə istehlakçıları çaşdırmağa yaxud aldatmağa yönəldilən bu cür reklamlara, həmçinin  haqsız, qeyri-dəqiq və gizli reklamların yayımlanması nəticəsində haqsız rəqabətə yol verilməsinə görə maliyyə sanksiyaları və inzibati məsuliyyət tədbirləri nəzərdə tutulur.

İstehlakçılar dərman vasitələri, tibbi təyinatlı texnika və məmulatlar, tibbi xidmətlərin reklamı zamanı mövcud qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması halları ilə rastlaşdıqları halda, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi, elektron poçt ([email protected]) və rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) vasitəsilə müraciət edə bilərlər.

 

OXŞAR XƏBƏRLƏR
AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

XƏBƏR LENTİ
  • 12:20

    "CP Teknoloji" şirkəti valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələyib
  • 12:16

    Prezident: Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni üfüqlər açır
    Prezident: Suverenliyimizin tam bərpa edilməsi ölkə qarşısında yeni üfüqlər açır
  • 12:00

    Qarabağ Universitetində ilk dərs günü: "Qarabağda təhsil almaq təkcə şəxsi inkişaf deyil, həm də milli məsuliyyət hissidir"
  • 11:57

    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib - YENİLƏNİB
    VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir, İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib - YENİLƏNİB
  • 11:54

    REAL partiyasının yeni sədri Natiq Cəfərli seçilib
  • 11:46

    Emin Əmrullayev: Xankəndidə şagirdlərin sayı artacaq, ikinci məktəbin açılması istisna deyil
  • 11:41

    De Bleker Ramon Maçadonun epizodu ilə bağlı açıqlama verdi
  • 11:11

    Pərviz Şahbazov Almaniyaya səfər edib
Menyu