Menyu

İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı fərman imzalayıb

Operativ Media
İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Operativ Media xəbər verir ki, fərmana əsasən, yerli mənşəli qeyri-neft-qaz mallarının ixrac gömrük proseduru altında yerləşdirilməsi zamanı mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçıların ödədiyi gömrük rəsmiləşdirilməsi üzrə gömrük yığımlarına görə, həmin malların növündən və ixrac olunduğu ölkədən asılı olaraq, müəyyən edilmiş yuxarı hədd nəzərə alınmaqla, dövlət büdcəsinin vəsaiti hesabına kompensasiya ödəniləcək.

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyini rüb ərzində ixrac gömrük proseduru altında yerləşdirilmiş mikro, kiçik və orta sahibkarlıq subyekti olan ixracatçının müraciəti əsasında həmin rüb bitdikdən sonra İqtisadiyyat Nazirliyi ödəyir.

İxrac olunan malların yerli mənşəli olması mənşə sertifikatı əsasında müəyyən edilir.

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyi faktiki ixrac olunmuş mallara görə ödənilir;

İxrac rəsmiləşdirilmə xərclərinə görə kompensasiya dəstəyinin tətbiq olunduğu müddətdə qeyri-neft-qaz mallarının ixracına münasibətdə gömrük nəzarətinin həyata keçirilməsinə, gömrük müşayiətinə və malların saxlancına görə gömrük yığımlarının məbləğinin artırılmasına yol verilmir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər