Mikayıl Cabbarov: "İİB ilə həm səmərəli, həm də davamlı layihələr həyata keçirə bilərik"
"İslam İnkişaf Bankının (İİB) prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə birlikdə İİB Qrupunun İllik Toplantıları çərçivəsində keçirilən Özəl Sektor Forumunda iştirak etdik".
Operativ Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun "X" sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.
"Üzv ölkələrlə #ticarət, biznes və investisiya tərəfdaşlığının yeni səviyyəyə yüksəlməsi, lərinin konkret layihələrlə dəstəklənməsi barədə fikirlərimizi bölüşdük.
Azərbaycanın strateji coğrafi mövqeyi, müasir nəqliyyat dəhlizləri və iqtisadi şaxələndirmə təşəbbüsləri vasitəsilə Avropa, Asiya və İİB Qrupu ölkələrini birləşdirən regional iqtisadi mərkəz kimi rolunu xüsusi vurğuladıq. Azərbaycanın geniş investisiya imkanlarını İİB Qrupunun güclü maliyyə alətləri, beynəlxalq təcrübəsi və üzv ölkələrdəki geniş şəbəkəsi ilə birləşdirməklə həm kommersiya baxımından səmərəli, həm də davamlı inkişaf məqsədlərinə xidmət edən yüksək dəyərli layihələr həyata keçirə bilərik", - paylaşımda qeyd olunub.