Menyu

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 6 faizədək artıb

Operativ Media
Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 6 faizədək artıb

Bu ilin yanvar-may aylarında ölkənin sənaye sektorunda 27 524,2 milyon manat dəyərində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,2 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən Operativ Media-ya verilən məlumata görə, hesabat dövründə neft-qaz sektoru üzrə məhsulun istehsal dəyəri 18 567,9 milyon manat (-0,9 faiz), qeyri-neft-qaz sektorunda isə 8 956,3 milyon manat (+5,8 faiz) təşkil edib.

Sənaye məhsulunun 60,7 faizi mədənçıxarma sektorunda, 32,7 faizi emal sektorunda, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər