Menyu

Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi 9 faiz artıb

Operativ Media
Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsi 9 faiz artıb

Cari ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi (bəyan edilməmiş ticarət istisna olmaqla) 10 milyard 439,5 milyon dollar təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, xarici ticarətdə ixracın həcmi 19,8 faiz artıb və 3 milyard 107,7 milyon dollar təşkil edib. İdxalın həcmi isə 1,9 faiz azalaraq 7 milyard 331,9 milyon dollar təşkil edib.

2026-cı ilin yanvar-may aylarında Gürcüstanın xarici ticarətində 4 milyard 224,2 milyon dollar məbləğində mənfi saldo yaranıb. Bu da xarici ticarət dövriyyəsinin 40,5 faizini təşkil edir.

Hesabat dövründə Gürcüstanın ən böyük ticarət tərəfdaşları sırasında birinci yerdə Türkiyə qərarlaşıb (1 milyard 387,5 milyon dollar). Rusiya 1 milyard 232,1 milyon dollar ilə ikinci, Çin 1 milyard 177,2 milyon dollar ilə üçüncüdür.

Bu ilin yanvar-may aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi isə 570 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9 faiz çoxdur.

Azərbaycan Gürcüstanın ümumi ticarət dövriyyəsində 5,5 faiz paya malikdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər