http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 27 ° C

Azərbaycanda yeddi faydalı qazıntı yatağı hərraca çıxarılır

05 Aprel 2023 , 11:08
Azərbaycanda yeddi faydalı qazıntı yatağı hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən aprelin 5-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

"Operativ Media" xəbər verir ki, hərracda hər biri 1 lot üzrə Abşeron rayonu “Qobu” gil yatağı, “Güzdək” əhəngdaşı yatağı, Ağdam rayonu “Qarqarçay” qum-çınqıl yatağı, Şəmkir rayonu “Alabaşlı” hematit yatağı, Göygöl rayonu “Qızılca” plagioporfir (tikinti daşı) yatağı, Ağcabədi rayonu “Şahmalı” qum-çınqıl yatağı və Qubada 3 lot üzrə “Qorxmazoba” qum-çınqıl yatağı satışa çıxarılacaq. Hərracda iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı ilə Agentliyin (https://cutt.ly/CMrvQ4L) və ya Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi internet səhifələrində (https://emlak.gov.az/cat/3) tanış ola bilərsiniz.

Hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan müvafiq sənədlər toplusunu təqdim etməli, xidmət haqqı və beh məbləğini ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər.  Elanda göstərilən sənədlər 29 mart 2023-cü il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim edilməlidir.

Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət  Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11-də keçiriləcək. Hərraclar və digər yeniliklərlə bağlı son xəbərləri Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sosial şəbəkə səhifələrindən də əldə etmək mümkündür.

OXŞAR XƏBƏRLƏR
AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

XƏBƏR LENTİ
  • 16:20

    Türkiyə-Azərbaycan Universitetində tədris prosesi başlayıb
  • 16:19

    Əmlak Məsələləri Dövlət Xidməti cərimələnib
  • 16:06

    Son sutkada Qəzzada 24 nəfər həlak olub
  • 16:03

    Dolu düşəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
  • 15:56

    Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB
    Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib - YENİLƏNİB
  • 15:54

    İlham Əliyev Pezeşkiana başsağlığı verib
  • 15:40

    Azərbaycanda abituriyent hazırlıq kurslarının qiymətləri - SİYAHI
  • 15:23

    AZAL Naxçıvana aviabiletlərin onlayn alışında “SİMA İmza”nı tətbiq edir
Menyu