http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Ziraat Bank Azərbaycan Google PayTM xidmətini istifadəyə verdi

05 Aprel 2023 , 13:18
Ziraat Bank Azərbaycan Google PayTM xidmətini istifadəyə verdi

Ziraat Bank Azərbaycan təqdim etdiyi məhsul və xidmətlərdə son texnoloji yenilikləri tətbiq etməyə davam edir. 

Bank Google PayTM təmassız ödəniş xidmətini ilkin olaraq VISA kart sahibi olan müştərilərinin istifadəsinə təqdim edib. Bununla da Bankın müştəriləri rəqəmsal ödəniş sistemini dəstəkləyən Android və WearOS əməliyyat sistemli cihazları ilə bu xidmətin üstünlüklərindən yararlana biləcəklər. 

Qeyd edək ki, Google PayTM  ticarət və xidmət obyektlərində, onlayn platformalarda sürətli və rahat ödəniş imkanı yaradan kartsız ödəniş üsuludur. Xidməti kartlarda aktivləşdirmək çox asandır. Bunun üçün ağıllı telefona Google Wallet™ tətbiqinin yüklənməsi, tətbiqdəki addımların izlənməsi ilə banka məxsus VISA plastik kartların əlavə edilməsi və əsas ödəmə mənbəyi kimi seçilməsi kifayətdir. Kart tətbiqə əlavə edildiyi andan etibarən ödəniş ağıllı telefon və ya ağıllı saat ilə asanlıqla icra edilə bilər.

Ziraat Bank Azərbaycana məxsus VISA kartı olmayan şəxslər, aşağıdakı link vasitəsi ilə kart sifarişlərini onlayn olaraq icra edə bilərlər.

Link: https://ziraatbank.az/az/onlayn-bank-kart-sifarisi.

Qeyd edək ki, kart sifarişini həmçinin bankın istənilən filialına tək şəxsiyyət vəsiqəsi ilə yaxınlaşaraq da icra etmək mümkündür. Ziraat Bank Azərbaycan tərəfindən VISA kartları AZN , TRY, USD və EUR valyutalarında təqdim edilir. “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube  sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. 

OXŞAR XƏBƏRLƏR
AMB-nin bu günə olan valyuta məzənnələri

AMB-nin bu günə olan valyuta məzənnələri

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanda "ASAN İmza" sertifikatlarının sayı 59 %-ə yaxın artıb

Azərbaycanda "ASAN İmza" sertifikatlarının sayı 59 %-ə yaxın artıb

XƏBƏR LENTİ
  • 12:11

    Beş ailə üzvünü qətlə yetirən Əhməd Əhmədov cəzadan azad edilib, ona məcburi müalicə tətbiq ediləcək
    Beş ailə üzvünü qətlə yetirən Əhməd Əhmədov cəzadan azad edilib, ona məcburi müalicə tətbiq ediləcək
  • 12:08

    AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir
  • 11:56

    Postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 106 min şəxsə aylıq sosial ödəniş təyin olunub
  • 11:52

    FHN yanında İctimai şura yanğınsöndürənləri təltif edib
  • 11:49

    "Əl Nəsr" Ronaldo ilə yeni müqavilə ilə bağlı danışıqlara başlayıb
  • 11:46

    ABŞ səfirliyi insanları viza alarkən dələduzlardan ehtiyatlı olmağa çağırır
  • 11:40

    Rəşad Nəbiyev: "İlin sonuna qədər Azərbaycanda internetin orta sürətinin 80 Mbps-ni ötəcəyini düşünürük"
  • 11:39

    Dövlət Statistika Komitəsinin sədri İslam Əməkdaşlıq Təşkilatının rəsmisi ilə görüşüb
Menyu