"Bitcoin" 60 min dollardan aşağı düşüb
Operativ Media
1 dəq oxu
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas rəqəmsal aktivlərin böyük əksəriyyətinin qiyməti enib.
Operativ Media xəbər verir ki, bazarın ümumi kapitallaşması əvvəlki günlə müqayisədə 0,25% azalaraq 2,07 trilyon dollara enib.
“CoinMarketCap” 20 indeksi (CMC20) isə 0,53% geriləyərək 121,04 bənd təşkil edib.
Ən böyük kriptovalyuta olan “Bitcoin” son 24 saatda 0,64% ucuzlaşaraq 59679,97 dollara düşüb. “Ethereum” isə bazardakı ümumi eniş fonunda 0,24% bahalaşaraq 1574,99 dollara yüksəlib.
Digər əsas kriptovalyutalardan BNB 0,94%, “Zcash” 4,42%, Monero 1,72%, Bittensor 1,03%, “Bitcoin Cash” isə 0,04% ucuzlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu